Naxçıvan Muxtar Respublikasında müasir rabitə sistemi yaradılıb

Azərbaycanda rabitə sahəsi ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə rabitənin inkişafı müasir dünya təcrübəsi nəzərə alınmaqla davam etdirilmiş, bu sahə üzrə islahatlar həyata keçirilmiş, zəngin qanunvericilik bazası yaradılmış, təcrübəli mütəxəssislər yetişdirilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də rabitə və yeni texnologiyaların inkişafını diqqətdə saxlayır. Qəbul olunan dövlət proqramları və həyata keçirilən mühüm islahatlar nəticəsində Azərbaycan ümumdünya elektron məkanına sürətlə inteqrasiya edir.

Ətraflı: Naxçıvan Muxtar Respublikasında müasir rabitə sistemi yaradılıb

Müasir çağırışların fəal iştirakçısı olan, innovativ düşüncəli gənclər yetişir

Bu gün informasiya və kommunikasiya texnologiyalarının inkişafı müasir çağırışların fəal iştirakçısı olan, innovativ düşüncəli gənclərin formalaşmasını tələb edir. Məhz bu səbəbdən muxtar respublikamızda gənc sahibkarların inkişafına diqqət göstərilir, gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə xüsusi önəm verilir. Onlar informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyalarının reallaşdırılması üçün də istifadə edirlər. Nəticədə, yeni ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsini tələb edən davamlı, dayanıqlı, inkişafa meyilli təşəbbüslər – startaplar ortaya çıxır. Muxtar respublikamızda “Startap Naxçıvan” hərəkatını genişləndirmək üçün ali və orta ixtisas təhsili müəssisələrində təlimlər, müsabiqələr keçirilir, yeni layihələrin icrası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə istifadəyə verilən “Startap Naxçıvan” portalı da həyata keçirilən tədbirlərin davamı kimi diqqəti cəlb etdi.

Ətraflı: Müasir çağırışların fəal iştirakçısı olan, innovativ düşüncəli gənclər yetişir

“Huawei” şirkəti tərəfindən“Naxçıvan” Universitetində növbəti seminar-treninq keçirilib

“Huawei” şirkəti tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim” mövzusunda keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
“Huawei-Azərbaycan” MMC-nin Həllər üzrə  mütəxəssisi İsmayıl Quliyev Giriş avadanlıqları və GPON texnologiyası haqqında iştirakçılara geniş mühazirə oxuyub.
Sonda tələbələrin  sualları ətraflı cavablandırılıb.         

                      
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti