Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasını nazir Rövşən Məmmədov açıb. Bildirib ki, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ildə də davam etdirilib. Belə ki, il ərzində plan tapşırıqlara 100.9 faiz əməl olunub, tarif gəliri əlavə dəyər vergisiz 9 milyon 617 min 672 manat təşkil edib.

Qeyd olunub ki,  il ərzində  Ordubad rayonunun Dəstə kəndində 704, Şərur  rayonunun Kərimbəyli kəndində 384,  Alışar kəndində  384, Babək rayonunun Kültəpə kəndində 192, Şahbuz rayonunun Türkeş kəndində 96 nömrəlik avotomat telefon stansiyaları yeni tikilən kənd mərkəzlərinə köçürülüb, avtomat telefon stansiyaların əhatə etdiyi xətt təsərrüfatları artım prespektivləri nəzərə alınmaqla  standartlara uyğun yenidən qurulub.  
Bundan əlavə yeni tikilən  Şərur rayonunun Muğanlı  kənd rabitə evində  192, Yeni Havuş və Xətai kəndlərini əhatə edən rabitə evində 192, Xələc kənd rabitə evində 256, Məmmədsabir kəndində 256, Muğancıq-Mehrab kəndində 192, Babək rayonun Gülşənabad kənd rabitə evində 192 nömrəlik yeni nəsil avtomat telefon stansiyaları qurulub. Həmçinin əhalinin tələbatı nəzərə alınaraq Bəbək rayonunun Nəcəfalıdizə kəndində 32 nömrəlik, Naxçıvan şəhərinin Hacıniyyət kəndində və  Şəhriyar küçəsində hər birinin montaj tutumu  608 nömrə olan avtomat trelefon stansiyaları açıq ərazilərdə qurularaq istifadəyə verilmiş, xətt təsərrüfatı qurulmuşdur.  
Vurğulanıb ki, il ərzində 2329 ədəd yeni telefon nömrəsi istismara verilib. “Evədək optika” layihəsi çərçivəsində 35 fərdi mənzilə ¬fiber-optik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb. Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar 5-ci mərhələ  üzrə işlər tamamlanmış, Culfa rayonunu əhatə edən bu layihə  üzrə  mövcud 21 ədəd Daewoo və Karel tipli avtomat telefon stansiyaları  demontaj olunaraq yeni nəsil  avtomat telefon stansiyaları ilə əvəz olunmuşdur. Ümumilikdə bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının quraşdırma-tənzimləmə işləri başa çatdırılıb.  Bundan əlavə, rayonunun Əbrəqunus və Ərəfsə məntəqələri arasında çəkilən 28 km uzunluğunda 48 lifli  yeraltı fiber optik kabel xəttinin tikintisi  və  bu xətt üzərində  10 GB/s-lik telekommunikasiya sistemi qurulub.
Diqqətə çatdırılıb ki, ötən il Naxtel mobil operatoru abunəçilərinin sayı 87 mini ötüb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı ADSL texnologiyası vasitəsilə il ərzində 7000-dən artıq yeni istifadəçi internetlə təmin olunub, əhali üzrə genişzolaqlı internet paylayıcı nöqtələrinin aktiv sayı 30 minə yaxınlaşıb. “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.
Sonra işdə yol verilmiş nöqsanlara toxunulub, məruzə ətrafında çıxışlar dinlənilib. 

                      
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti