Naxçıvanda İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü münasibətilə tədbir keçirilib

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilmiş, “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni çıxış edərək İran İnqilabının tarixinə nəzər salmış, ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. İran İslam Respublikasının Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini diqqətə çatdıran baş konsul qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd etmişdir.

Ətraflı: Naxçıvanda İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü...

Azərbaycan-İran əlaqələri inkişaf edir

İran İslam Respublikası 1979-cu il fevralın 11-də yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında milli bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.
Ötən əsrin 90-cı illərində ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan-İran əlaqələri bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə İran İslam Respublikasına səfərlər etmiş, 1992-ci il avqustun 24-də “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmış, Azərbaycan-İran münasibətlərinin əsası qoyulmuşdur.

Ətraflı: Azərbaycan-İran əlaqələri inkişaf edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

2020-ci il fevralın 9-u ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər günüdür.
Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə yaradılmış 316 seçki məntəqəsindən 25 namizəd, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 namizəd qeydə alınıb.   

Ətraflı: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15...