Yeni texnologiyaların tətbiqinə diqqət artırılır

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 2019-cu ilin oktyabr ayında qeyd olunan vəzifələrin icrası diqqətdə saxlanmış, Şərur rayonunun Muğanlı kəndində 384 yerlik, Alışar kəndində 192 yerlik  və Babək rayonun Gülşənabad kəndində isə  384 yerlik NGN tipli yeni avtomat telefon stansiyaları qurulub, Babək rayon Gülşənabad və Şərur rayonunun Muğanlı  kəndlərində yeni poçt bölməsi yaradılıb, Şərur rayon Alışar  kəndində isə poçt bölməsi yeni binaya köçürülüb, işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulub və digər lazımi avadanlıqlarla təmin olunub.  Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında muxtar respublikada 227 yeni telefon nömrəsi istismara verilib.

Ətraflı: Yeni texnologiyaların tətbiqinə diqqət artırılır

“Startup.nakhchivan.az” internet portalının təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hazırlanan “startup.nakhchivan.az” internet portalının təqdimatı olub.
“Naxçıvan” Universitetində keçirilən tədbirdə əvvəlcə Naxçıvan televiziyasının hazırladığı “Startap layihələri və innovativ inkişaf” filmi nümayiş etdirilib.

Ətraflı: “Startup.nakhchivan.az” internet portalının təqdimatı olub

Naxçıvan Dövlət Universiteti tələbələrinə “Nar” mobil operatoru tərəfindən təqaüd kartları verilib

Naxçıvan Dövlət Univesiteti Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində “Naxçıvan tələbələrinə təqaüd” proqramı çərçivəsində “Nar” mobil operatoru tərəfindən təqaüd kartlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib. “Azerfon” şirkətinin Baş icraçı direktoru Qunnar Pahnke bu məqsədlə universitetə gəlib. Tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qonaqları salamlayıb, bu tədbirlərin keçirilməsinin tələbələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində artan rolundan danışıb.

Ətraflı: Naxçıvan Dövlət Universiteti tələbələrinə “Nar” mobil operatoru tərəfindən...