“Naxçıvan” Universitetində seminar-treninq keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Huawei” şirkəti tərəfindən“Naxçıvan” Universitetində növbəti seminar-treninq keçirilib.

Ətraflı: “Naxçıvan” Universitetində seminar-treninq keçirilib

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 40 milyon manatı ötüb

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələyərək 40 milyon 798 min 900 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ümumi xidmətlərin 81,8 faizi mobil rabitənin payına düşüb, mobil rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artıb.

Ətraflı: Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 40 milyon manatı ötüb

Rabitə xidmətləri sahəsində uğurlu nəticələr əldə olunub

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin 9 ayında da uğurla davam etdirilmişdir.
Ötən dövrdə Şərur rayonunun Kərimbəyli və Babək rayonun Kültəpə kəndlərinin hər birində bir ədəd 384 yerlik NGN tipli və Ordubad  rayonunun Dəstə kəndində isə 704 yerlik NGN tipli yeni avtomat telefon stansiyaları qurulub. Ordubad rayonunun Dəstə, Şərur rayonunun Kərimbəyli və Babək  rayonunun Kültəpə  kəndlərində poçt bölməsi yeni binaya köçürülüb, bütün işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulub və digər lazımi avadanlıqlarla təmin olunub.

Ətraflı: Rabitə xidmətləri sahəsində uğurlu nəticələr əldə olunub