“FaceApp” təhlükəsi

Müasir dövrümüzdə texnologiya sahəsi sürətlə inkişaf etməkdədir. Yeni texnologiyaların işlənib hazırlanması və həmçinin müvafiq olaraq kiberhücum metodlarının inkişaf etdirilməsi sistemlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması zərurətini yaradır.  Onu da vurğulamaq lazımdır ki, ideal təhlükəsizlik anlayışı yoxdur və faktiki olaraq hazırda qlobal məkanda  təhdidlər kifayət qədər genişdir.

Ətraflı: “FaceApp” təhlükəsi

İyul ayında 707 abunəçi internetlə təmin olunub

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin iyul ayında davam etdirilmişdir.
Ordubad rayonu Nüsnüs kənd Avtomat Telefon Stansiyasına 32 portluq Huawei MA5616 internet modulu əlavə edilmişdir. Naxçıvan şəhəri mikrorayon ərazisində yerləşən Avtomat Telefon Stansiyasına 5 ədəd 48 portluq internet modulu əlavə olunmuşdur. Bundan əlavə, Kəngərli rayon Şahtaxtı Avtomat Telefon Stansiyasına konvertor qoyularaq şəbəkənin sürəti 100 MB/s-dən 1GB-tə çevrilmişdir.  

Ətraflı: İyul ayında 707 abunəçi internetlə təmin olunub

Əhaliyə yüksək səviyyəli rabitə xidməti göstərilir

Şərur Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, bölgədə 2 mərkəzi olmaqla, 45 kənddə ATS fəaliyyət göstərir. Bu telefon stansiyalarından 12 min 775 abonent istifadə edir. 2019-cu ilin ilk 6 ayı ərzində idarə tərəfindən 183 yeni telefon xətti çəkilib, abonentlərin sayı 12 min 775-ə çatdırılıb. İnternet istifadəçilərinin sayı 5193-dür. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 nəfər çoxdur.

Ətraflı: Əhaliyə yüksək səviyyəli rabitə xidməti göstərilir