Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

Son illər İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində əldə olunan nailiyyətlər elektron xidmətlərin inkişafına geniş imkanlar yaradıb. Kommunal ödənişləri həyata keçirmək üçün muxtar respublikada fəaliyyət göstərən ödəmə terminalları əhalinin işini xeyli asanlaşdırıb. NUHÇIXAN xəbər verir ki, məhz bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində 1 milyon 200 minə yaxın rabitə və kommunal ödəniş haqları həyata keçirilib ki, onlardan 250 minə yaxını onlayn olaraq   ödənilib.

Ətraflı: Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal...

“FaceApp” təhlükəsi

Müasir dövrümüzdə texnologiya sahəsi sürətlə inkişaf etməkdədir. Yeni texnologiyaların işlənib hazırlanması və həmçinin müvafiq olaraq kiberhücum metodlarının inkişaf etdirilməsi sistemlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması zərurətini yaradır.  Onu da vurğulamaq lazımdır ki, ideal təhlükəsizlik anlayışı yoxdur və faktiki olaraq hazırda qlobal məkanda  təhdidlər kifayət qədər genişdir.

Ətraflı: “FaceApp” təhlükəsi

İyul ayında 707 abunəçi internetlə təmin olunub

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin iyul ayında davam etdirilmişdir.
Ordubad rayonu Nüsnüs kənd Avtomat Telefon Stansiyasına 32 portluq Huawei MA5616 internet modulu əlavə edilmişdir. Naxçıvan şəhəri mikrorayon ərazisində yerləşən Avtomat Telefon Stansiyasına 5 ədəd 48 portluq internet modulu əlavə olunmuşdur. Bundan əlavə, Kəngərli rayon Şahtaxtı Avtomat Telefon Stansiyasına konvertor qoyularaq şəbəkənin sürəti 100 MB/s-dən 1GB-tə çevrilmişdir.  

Ətraflı: İyul ayında 707 abunəçi internetlə təmin olunub