Əhaliyə yüksək səviyyəli rabitə xidməti göstərilir

Şərur Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, bölgədə 2 mərkəzi olmaqla, 45 kənddə ATS fəaliyyət göstərir. Bu telefon stansiyalarından 12 min 775 abonent istifadə edir. 2019-cu ilin ilk 6 ayı ərzində idarə tərəfindən 183 yeni telefon xətti çəkilib, abonentlərin sayı 12 min 775-ə çatdırılıb. İnternet istifadəçilərinin sayı 5193-dür. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 nəfər çoxdur.

Ətraflı: Əhaliyə yüksək səviyyəli rabitə xidməti göstərilir

Naxçıvanlı tələbələr Çində Huawei şirkətinin təşkil etdiyi yay təlim toplantısında növbəti dəfə iştirak edib

Təlim toplantısından qayıdan tələbələrlə rabitə və yeni texnologiyalar nazirliyində görüş keçirilib. Tədbiri giriş sözü ilə açan  rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov qeyd edib ki, 2015-ci ilin sentyabr ayının 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Naxçıvan Universitetində Çin Xalq Respublikasının Huawei şirkəti tərəfindən yaradılan İKT Mərkəzinin açılışı olub. Burada Huawei Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru tərəfindən Ali Məclis Sədrinə  Huawei şirkətinin rəhbərinin məktubu təqdim edilib.

Ətraflı: Naxçıvanlı tələbələr Çində Huawei şirkətinin təşkil etdiyi yay təlim...

“Kanal 35” televiziyasının 15 illiyi qeyd olunmuşdur

İyulun 13-də Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Kanal 35” televiziyasının yaradılmasının 15 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov açmışdır.

Ətraflı: “Kanal 35” televiziyasının 15 illiyi qeyd olunmuşdur