Rabitə və Yeni Texnologiyalar Nazirliyində müşavirə keçirilib

   Avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində  2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə də müvafiq tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən müşavirədə görülən işlər və  qarşıda duran vəzifələrdən ətraflı bəhs olunub. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək bildirib ki, hazırda əsas diqqət qış aylarında poçt və rabitə xidmətlərinin fasiləsiz göstərilməsi üçün mal-material ehtiyatlarının yaradılmasına və mövsümə hərtərəfli hazırlıq işlərinə  yönəldilib.

Ətraflı: Rabitə və Yeni Texnologiyalar Nazirliyində müşavirə keçirilib

Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib

İyulun 27-də Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Huawei" şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen açılışı bildirən lenti kəsmişlər. 
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək demişdir ki, bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq trans avrasiya fiber optik magistrallarına ikitərəfli çıxış təmin edilib. Azərspace peyki üzərindən isə 3-cü alternativ rabitə kanalları yerləşdirilmişdir.

Ətraflı: Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi...

Sensor ekranlı MacBook satılacaq

"YouTube" servisinin "ConceptsiPhone" kanalında 2020-ci ildə buraxılacaq "MacBook" və "iPad" qurğularından ibarət yeni hibridin görünüşünü nümayiş etdirən video yerləşdirilib.

Qurğunun 360 dərəcə açılan iki hissədən ibarət olması onu noutbukdan hibrid planşetə çevirməyə imkan verir. Kompüter fiziki düymələrlə təchiz edilməyib və əyilə bilən bir böyük "OLED" ekrandan ibarətdir. Onun konstruksiyası sayəsində qurğunu noutbukdan planşetə və ya "iMac" monoblokuna ayırmaq olar. Video müəllifləri konsepti "MacPad Pro" adlandıraraq onun universallığını vurğulayırlar.

Ətraflı: Sensor ekranlı MacBook satılacaq