Dünyada smartfon istehsalı 5,3 faiz artıb

Cari ilin yanvar-martında dünyada 340 milyondan çox smartfon buraxılıb. Bu, ötən ilin göstəricisindən 5,3 faiz çoxdur. Bu barədə "TrendForce" şirkətinin "DRAMeXchange" analitik bölməsinin hesabatında deyilir.
2018-ci ilin ikinci rübündə mütəxəssislər tərəfindən smartfon istehsalının əvvəlki rüblə müqayisədə daha 5 faiz - 360 milyon ədədədək artacağı proqnozlaşdırılır. Artımı yenidən dünyada iştirakını genişləndirən Çin brendləri təmin edəcək.
Ayrı-ayrı istehsalçıların dinamikasına gəldikdə, "Samsung" şirkəti hesabat dövründə smartfon istehsalını 9 faiz azaldıb. Azalmanın Çin şirkətləri ilə aparılan qiymət rəqabəti səbəbindən baş verməsi bildirilir. Qiymətləndirməyə görə, ikinci rübdə "Samsung" birinci rübdə olduğu kimi 73 milyon smartfon istehsal edəcək.

Ətraflı: Dünyada smartfon istehsalı 5,3 faiz artıb

Samsung Galaxy Note 9 nə zaman təqdim olunacaq?

"Samsung" şirkəti qabaqcıl "Galaxy Note 9" smartfonunu iyulun sonunda təqdim edəcək. Bu barədə "the Korea Herald" nəşri məlumat verib. Şirkət brendə marağın artırılması məqsədilə smartfonu daha tez nümayiş etdirməyi planlaşdırır.

Smartfon 6,4 düym diaqonallı ekran, 4 min və ya 3850 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Bu, ötən il təqdim olunan 3300 milliamper/saat tutumlu "Galaxy Note 8" modelinin akkumulyatorundan daha güclüdür. Bundan başqa, yeni qurğunun əsas qoşa kamerasının təkmilləşdiriləcəyi gözlənilir.

Bundan əvvəlki məlumatlara görə, "Crown" kod adlı "Samsung Galaxy Note 9" smartfonu qabaqcıl "Galaxy S9" və "Galaxy S9+" modelləri kimi "Infinity Display 2.0" displeyinə malik olacaq. "S-AMOLED" ekran texnologiyasını və 18,5:9 tərəf nisbətlərini qoruyacaq  "Galaxy Note 9" modeli "Samsung" şirkətinin barmaq izi skanerinin ekrana inteqrasiya olunduğu ilk smartfonu ola bilər.

Ətraflı: Samsung Galaxy Note 9 nə zaman təqdim olunacaq?

Yeni nanobatareya dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa imkan verən innovativ akkumulyator nanobatareyası hazırlayıb.
Ekspertlər tərəfindən adi batareya elə şəkildə təkrar emal olunub ki, qurğunun daxilində standart elektrodlar əvəzinə, müstəqil yığılan üçölçülü struktur komponentləri bir-birinə keçirilib.
Bildirilir ki, minlərlə məsamə enerjinin saxlanılması və çatdırılması üçün lazım olan elementlərlə doldurulub. Anod rolunu çoxlu məsamələrə malik nazik spiral karbon plyonka yerinə yetirir. Katod qismində istehsalçılar tərəfindən elektronları soran kükürddən istifadə edilib. Kükürd elektriki keçirmədiyinə görə sonuncu xüsusiyyət kimi elektrikkeçirici polimerlər əlavə olunub.

Ətraflı: Yeni nanobatareya dərhal enerji ilə dolduracaq