“Huawei” şirkəti tərəfindən“Naxçıvan” Universitetində növbəti seminar-treninq keçirilib

“Huawei” şirkəti tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim” mövzusunda keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
“Huawei-Azərbaycan” MMC-nin Həllər üzrə  mütəxəssisi İsmayıl Quliyev Giriş avadanlıqları və GPON texnologiyası haqqında iştirakçılara geniş mühazirə oxuyub.
Sonda tələbələrin  sualları ətraflı cavablandırılıb.         

                      
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

Startap portalının əhəmiyyətindən bəhs edən növbəti tədbir keçirilib

“Naxçıvan” Müəllimlər İnstitunun Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə keçirdiyi tədbirdə ali təhsil ocağının İxtisas artırma və yenidən hazırlanma üzrə prorektoru Azad Novruzov çıxış edərək bildirib ki, startap portalı investisiya mühitinin yaxşılaşdırılmasına, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmağa, innovativ ideyaların uğurlu biznes subyektinə çevrilməsinə dəstək olmaqdır.

Ətraflı: Startap portalının əhəmiyyətindən bəhs edən növbəti tədbir keçirilib

“Startup.nakhchivan.az” internet portalının praktiki izahı olub

“Naxçıvan” Universitetində keçirilən tədbirdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları, “Naxçıvan” Universitetinin bir qrup müəllimi və tələbələr iştirak ediblər.
Naxçıvan Universitetin riyaziyyat və informatika kafedrasının müəllimi Şamil Hümbətov tədbiri açaraq bildirib ki, tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi üçün bu cür tədbirlərin həyata keçirilməsi çox əhəmiyyətlidir. Muxtar Respublika rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan müəllim startapın inkişafı üçün universitetdə gənclərə hər cür şərait yaradıldığını qeyd edib.

Ətraflı: “Startup.nakhchivan.az” internet portalının praktiki izahı olub